“Barselona” komandasının yeni baş məşqçisi Hansi Flik Joao Feliksin qalmasında maraqlıdır. Portuqaliyalı futbolçu icarə əsasında katalon klubunda çıxış edir. Alman mütəxəssis onun daha bir il qalmasını istəyir.
Məlumata görə, “Barselona” futbolçunun transfer hüququna sahib çıxmaq fikrində deyil. Lakin onun daha ir il icarə əsasında oynaması üçün səy göstərəcəklər.
24 yaşlı hücumçu ötən mövsüm “Barselona”nın heyətində 44 oyunda meydana çıxıb. Bu qarşılaşmalarda onun aktivində 10 qol və 6 məhsuldar ötürmə var. Futbolçunun transfer dəyəri 30 milyon avro göstərilir.