“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu yay transfer pəncərəsində bir neçə futbolçunun satılmasının tərəfdarıdır. İngiltərə mətbuatının məlumatına görə, 11 futbolçu satışa çıxarıla bilər.

“The Sun” qəzetinin xəbərinə görə, satıla biləcək futbolçuların siyahısında hücumçu Riçarlison, yarımmüdafiəçilər Emil Höyberq, Covanni Lo Çelso, Brayan Gil, müdafiəçi Emerson Royal var.

Riçarlisonun getmə ehtimalının yüksək olması xüsusi qeyd edilir. Braziliyalı forvard üçün Səudiyyə Ərəbistanı klubu 60 milyon funt sterlinq təklif edir.

Xatırladaq ki, son çempionatda London təmsilçisi 66 xal toplayaraq 5-ci yeri tutmuşdu.

Shares: