24 yaşlı türkiyəli voleybolçu Ebrar Karakurt Millətlər Liqası tarixində ən məhsuldar oyunçudur. Builki turnirin ilk həftəsindən sonra onun aktivində 1117 xal var.

Keçirilən 6 turdan sonra Karakurt ikinci sıradadır. Onun bu turnirdəki məhsuldarlığı 250 xala bərabərdir. Karakurtu yalnız belçikalı Britt Herbots qabaqlayır. Onun aktivində 314 xal var.

Xatırladaq ki, Karakurtun çıxış etdiyi Türkiyə milli komandası son Millətlər Liqasının qalibidir.

Shares: