AFFA-nın təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Quba şəhərində festival xarakterli minifutbol turniri keçirilib.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 8 komanda iştirak edib və ümumilikdə 80-dən çox uşaq cəlb olunub.

Turnirdə mübarizə aparan komandaların hər bir üzvünə AFFA tərəfindən toplar hədiyyə olunub.

Hədiyyələri iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, həmçinin, mütəxəssislər Orxan Mikayıllı və Ziya Səfərov təqdim ediblər.

Shares: