İsveç klubu “Yurqorden” satmaq istədiyi futbolçuları müəyyənləşdirib.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, klubun idman direktoru Bosse Andersson yayda ən az iki oyunçu ilə yolları ayırmağı planlaşdırır.
Stokholm təmsilçisinin satışından pul qazanmaq istədiyi futbolçulardan biri də Azərbaycan millisinin üzvü Musa Qurbanlıdır. “Yurqorden” artıq yeni hücumçu axtarışına da başlayıb. Andersson da açıqlamasında ən azı bir forvardı transfer edəcəklərini bildirib.
Musa Qurbanlının adı daha çox “Qarabağ”la birgə hallanır. İsveçlilər 22 yaşlı futbolçunun satışından müəyyən məbləğdə gəlir əldə etmək niyyətindədir.
Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.