“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianın Azərbaycan Kubokunda “Zirə”yə (2:1) qarşı keçirilən final oyununu buraxmasının səbəbi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, tanınmış futbolçu Əlcəzair millisinin düşərgəsinə qoşulmaq üçün bu addımı atıb.

Əlcəzair yığması DÇ-2026-nın seçmə mərhələsində Qvineya və Uqanda ilə qarşılaşacaq. Milliyə çağırılan Benzia həmin matçlarda iştirak etmək və kollektivə vaxtında qoşulmaq üçün “Zirə” ilə görüşdə yer almamaq qərarına gəlib. Onun bu müraciəti Ağdam klubu tərəfindən müsbət qarşılanıb. 29 yaşlı pleymeykerin yığma naminə kubokun finalını qurban verməsi ölkəsində xoş qarşılanıb.

Qeyd edək ki, Əlcəzair yığması iyunun 6-da evdə Qvineya, 10-da isə səfərdə Uqanda ilə qarşılaşacaq.

Shares: