“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində bir potensial rəqibi bəllidir.

Futbolinfo.az saytının məlumatına görə, Azərbaycan çempionu 2024-2025 mövsümündə ilk matçını Polşa klubuna qarşı keçirə bilər. Çünki “Yagelloniya” da yeni mövsümdə mübarizəyə həmin raunddan başlayacaq.

“Real”ın Çempionlar Liqasının qalibi olması səbəbindən 2-ci  təsnifat mərhələsindən yarışa qoşulacaq Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlər səbətində qərarlaşacaq. Həmçinin PAOK (Yunanıstan), “Makkabi” (Təl-Əviv, İsrail), “Ferensvaroş” (Macarıstan), “Bodo-Qlimt” (Norveç), “Midtyulland” (Danimarka), “Sparta” (Çexiya), “Malmö” (İsveç) və APOEL (Kipr) də 2-ci raundda “Qarabağ”la eyni səbətdə qərarlaşacaqlar. Yəni bu komandalar Qurban Qurbanovun yetirmələrinə rəqib olmayacaq.

“Qarabağ”ın digər 11 mümkün rəqibi isə 1-ci təsnifat mərhələsinin qaliblərindən ən aşağı reytinqlilər olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. Mərhələnin oyunları isə 23-24 iyul və 30-31 iyul tarixlərində keçiriləcək.

Shares: