“Qarabağ”ın qapıçısı Andrey Lunyov Moskva “Spartak”ına keçə bilər.
Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 32 yaşlı qolkiperin xidmətində maraqlıdır.
“Spartak” rəhbərliyi komandadan ayrılması gözlənilən ehtiyat qapıçı Aleksandr Selixova alternativ kimi Lunyovu görür. Rusiya millisinin üzvü “Match TV”yə açıqlamasında buna aydınlıq gətirib.
Lunyov hələ ki, transfer məsələsi ilə maraqlanmadığını söyləyib. O, yayılan xəbərlərin şayiə olduğunu sözlərinə əlavə edib: “Çıxan bəzi şayiələri şərh etməyimin nə mənası var? Bunun nə dərəcədə doğru olub-olmadığını “Spartak” təmsilçilərindən soruşun. Mən şərh etmək istəmirəm”.
Qeyd edək ki, Lunyovun “Qarabağ”la müqavilə müddəti bitir. Onun Moskva “Dinamo”su ilə də danışıq apardığı, hətta ilkin müqavilə bağladığı deyilir.