İtaliya A Seriyasına yüksəlmək üçün pley-off mərhələsinin cavab oyunu başa çatıb. “Venesiya” “Kremoneze”ni qəbul edib.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.   Qarşılaşmada yeganə qolu 24-cü dəqiqədə Kristian Qitkyaer vurub.

İlk görüşdə komandalar 0:0 hesablı heç-heçə etmişdi. Beləliklə, cavab oyununda qalib gələn “Venesiya” İtaliya A Seriyasına vəsiqəni təmin edib.

“Venesiya” İtaliya B Seriyasının son 2023/2024 mövsümünü 38 oyundan sonra 70 xal toplayaraq üçüncü pillədə başa vurmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp