Azərbaycan Kubokunun final oyunundakı qələbə qolu Abdullah Zubir üçün əlamətdar olub. Fransalı futbolçu “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib. O, “Zirə” ilə görüşdə komandasına 2:1 hesablı qələbə qazandıran qolun müəllifi olub.

Zubir 60-cı qolunu 262-ci matçında vurub. Fransalı Premyer Liqada 42, avrokuboklarda 14, ölkə kubokunda 4 dəfə adını tabloya yazdırıb.

Qeyd edək ki, Zubir 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir.

Shares: