“Edmonton Oylers” komandası 18 ildən sonra ilk dəfə Stenli Kubokunun finalına çıxıb. Orada Kanada təmsilçisi “Florida Panters” ilə qarşılaşacaq.

“Oylers” Qərb Konfransının finalında “Dallas Stars”ı məğlub edib. 6-cı oyunda 2:1 qələbə qazanan komanda seriyada hesabı 4:2-yə çatdırıb.

Kanada klubu tarixində 8-ci, cari əsrdə isə 2-ci dəfə finala yüksəlib. Klub 5 dəfə (1984, 1985, 1987, 1988, 1990) Stenli Kubokunu qazanıb və iki dəfə (1983, 2006) finalda məğlub olub.

“Florida Panters” heç vaxt Stenli kubokunun qalibi olmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp