“Fiorentina”da gözlənilən məşqçi dəyişikliyi reallaşıb. İstefa verən Vinçentso İtalyanonun xələfi də bəllidir.

Futbolinfo.az xəbər verir ki, ardıcıl iki avrokubok finalı uduzmasına baxmayaraq, florensyalıların son illər dirçəlməsində önəmli rol oynayan çalışdırıcı qüvvəsini başqa klubda sınamaq niyyətindədir. 3 illik fəaliyyətdən sonra İtalyanonun “Bolonya”nın “sükanı arxasına” keçəcəyi gözlənilir.

“Fiorentina”nı isə Raffaelle Palladino çalışdıracaq. “Montsa”ya 2 uğurla rəhbərlik etmiş mütəxəssis daha üst səviyyəli klubda işləmək üçün bu addımı atınb. Onunla 2 illik müqavilə imzalanacaq.

Shares: