“Qarabağ”ın sabiq futbolçusu Maksim Medvedev Azərbaycan futbolunun tarixinə düşüb. Ötən gün karyerasını başa vuran 34 yaşlı müdafiəçi buna növbəti dəfə Azərbaycan Kubokunu qazanmaqla nail olub.

O, altıncı dəfə bu titulu əldə edən ilk oyunçudur. Medvedev beş dəfə qızıl medal əldə edən Mahmud Qurbanovun rekordunu yeniləyib.

Rəşad Sadıqov, Qara Qarayev, Denis Silva, Hüseyn Məhəmmədov, Füzuli Məmmədov və Füzuli Allahverdiyevin dörd belə uğuru var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp