Fransa Liqa 1-ə yüksələn sonuncu komanda məlum olub. Həlledici görüşdə “Mets”ə qalib gələn “Sent-Etyen” elitaya yüksəlib.

İlk oyunda rəqibini 2:1 hesabıyla məğlub edən “Sent-Etyen”, cavab görüşündə eyni hesabla uduzub. Əlavə vaxtda “Sent-Etyen” hesabı bərabərləşdirməyə nail olub və Liqa 1-ə yüksəlib.

Komandanı məğlubiyyətdən “Qarabağ”ın Fransa klubuna satdığı İbrahim Vadji xilas edib. O, 117-ci dəqiqədə fərqlənərək “Sent-Etyen”i elitaya yüksəldib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp