Maykl Cordanın kolleksiya kartı rekord məbləğə satılıb.

2003-04 “Upper Deck Ultimate Collection”dan olan 1 nömrəli “Logoman” kartı şənbə günü “Goldin” hərracında 2,928 milyon dollara satılıb. Kartın dəyərli edən səbəblərdən biri üstündə Maykl Cordanın imzasının olmasıdır.

Bu, 6 qat liqa çempionunun kartı üçün indiyə qədər ödənilən ən yüksək qiymətdir.

“Loqoman” kartları adətən bir növ olur. Onun üstündə MBA loqosu var. Bu loqolar çox vaxt oyun formasından kəsilir. Hərracda verilən məlumata görə, bu, “Bulls” formasında olan ilk “Logoman” kartıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp