Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında bu gün ikinci matçına çıxacaq.

Futbolinfo.az xəbər verir ki, yığmamız Türkiyə kollektivi ilə üz-üzə gələcək.

C qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Qardaş ölkə təmsilçisi ötən gün İsraili 6 cavabsız qolla üstələyib. Azərbaycan komandası isə İrlandiyaya yenilib – 0:1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp