Bu gün 3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinə yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə keçiriləcək 1/4 final, yarımfinal və final görüşlərindən sonra qalib komandanın adı bəlli olacaq.

Yer aldığı A qrupundan 1/4 finala yüksələn Azərbaycan millisi “Barselona Panthers” (İspaniya) kollektivi ilə qarşılaşacaq.

Bu raundun digər cütündə “Warsaw Lotto” ilə İtaliya millisi qarşılaşacaq.

Mərhələnin qalibləri finala gedən yolda Portuqaliya və Polşa ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Baku Fleyms” yer aldığı A qrupunda keçirdiyi üç görüşdə məğlub olaraq turnirlə vidalaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp