Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, cari ilin qışında komandaya keçən Ramin Nəsirli yeni mövsümdə də “qırmızı-ağlar”ın heyətində yer alacaq.

Azərbaycanın U-21 millisinə də cəlb olunan yarımmüdafiəçi ilə anlaşmanın müddəti bir ildir.

Bunadək Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayevlə sözləşmənin müddətini uzadan “Araz-Naxçıvan” Tərlan Əhmədov, Ürfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovu transfer edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp