Azərbaycanın boks millisi Avropada Paris-2024 Yay Olimpiya Oyunlarına ən çox lisenziya qazanan iki ölkədən biridir.

Futbolinfo.az xəbər verir ki, yalnız İspaniya yığmamız qədər (5) vəsiqə əldə edib.

Avropa təmsilçilərindən İrlandiya və Fransa 4 lisenziya ilə növbəti sıralarda qərarlaşıblar.

Olimpiadada iştirak edəcək 121 boksçudan yalnız 48-si Avropanı təmsil edir. “Köhnə qitə”nin cəmi 20 ölkəsi buna müvəffəq olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp