Elçin Əlicanovun “Kəpəz”lə müqaviləsinin müddəti başa çatıb və futbolçu klubun sıralarını tərk edib.

Futbolinfo.az xəbər verir ki, Əlicanov son üç ildə “sarı-göylər”in şərəfini qoruyub.

Onun Gəncədəki karyerası 2021-ci ildə I Diviziondan başlayıb. Müdafiəçi iki mövsüm də “Kəpəz” ilə Premyer Liqada oynayıb.

Klub xidmətlərinə görə Elçin Əlicanova təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp