Dünya çempionu Dinq Liren Norveçin Stavanger şəhərində keçirilən şahmat turnirinin altıncı turunda norveçli Maqnus Karlsenə qara fiqurlarla məğlub olub. Bərabər mövqeli partiyada çinli qrossmeyster 30-cu gedişdə matı görə bilməyib. Qeyd edək ki, bu səviyyədəki oyunlarda mat çox nadir hallarda baş verir.
Çinli qrossmeyster 6 oyunda 4 dəfə məğlub olub və hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Karlsen isə Hikaru Nakamuranı bir xal qabaqlamaqla liderdir.
Stavangerdə oyunlar klassik üslubda baş tutur. Lakin şahmatçılar heç-heçə oynayarsa, əlavə armageddon keçirilir.