“Şamaxı” növbəti mövsümün hazırlığına davam edir.

Futbolinfo.az xəbər verir ki, əyalət klubunda məşqçilər heyəti ilə yollar ayrılıb.

Köməkçi məşqçi Məqsəd Yaqubəliyev, məşqçi Mehman Baxışov və qapıçılar üzrə məşqçi Elnar Kərimovla imzalanmış müqavilələrin müddəti başa çatıb.

Hər üç məşqçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp