“Barselona” Rocer Qrimaunu istefaya göndərmək qərarına gəlib.

Kataloniyanın “Mundo Deportivo” nəşrinin yaydığı xəbərə görə, İspaniya klubu ACB-nin yarımfinalında və Avroliqanın 1/4 finalında mübarizədən kənarlaşdırıldıqdan sonra baş məşqçi ilə əməkdaşlığı dayandırmaq fikrinə düşüb.

Xatırladaq ki, “Barselona” basketbolçuları dünən yarımfinal 3-cü oyununda da Madrid “Real”ına məğlub olaraq seriyanı qələbəsiz başa vurub.

Mümkün əvəzedici namizədlər arasında Xavyer Paskual, Jaka Lakovic və Serxio Skariolo var. Xavyer Paskual vaxtilə komandanı çalışdırıb. Onun maliyyə tələblərinin yüksək olması, təyin edilmə ehtimalını aşağı salır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp