“Musa Qurbanlı hazırda millinin düşərgəsinə yollanıb. Onunla bağlı hansısa bir qərar yoxdur” – bu sözləri futbolinfo.az-a açıqlamasında İsveçin “Yurqorden” klubunun idman direktoru Bosse Andersson deyib.
O bildirib ki, Musanın “Qarabağ”a icarəyə veriləcəyi ilə bağlı xəbərlər şayiədir. Belə bir şey müzakirə olunmayıb: “Qarabağ”la bu mövzuda müzakirələrimiz olmayıb. Onun taleyi barədə hansısa dəqiq bir qərar yoxdur”.