2024-cü ilin sentyabrında Moskva və Yekaterinburqda keçirilməli olan Dünya Dostluq Oyunları təxirə salınıb. Bu barədə rəsmi məlumat olmasa da, bəyanatın tezliklə veriləcəyinə şübhə yoxdur.

Maraqlıdır ki, yarışların keçiriləcəyi ilə bağlı fərman Rusiya Prezidenti tərəfindən imzalanmış və Dumada təsdiq edilmişdi.

Əsas səbəb Dostluq Oyunlarının vaxtının düzgün seçilməməsidir. Məlum olduğu kimi, Rusiya bu böyük tədbiri BOK-un onların idmançılarını beynəlxalq turnirlərə buraxmamağa qarşı cavab kimi təşkil etməyi planlaşdırırdı. Burada da qonşu ölkə hakimiyyətindəki yalan təbliğatın şahidi olmaq mümkündür. Ölkə başçısına 100-dən çox ölkənin nümayəndələrinin gələcəyi söylənilsə də, faktiki iştirak etmək istəyənlərin sayı xeyli az olub.

Məlumata görə, oyunların gələn il keçirilməsi planlaşdırılır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp