İngiltərənin “Çelsi” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

Futbolinfo.az London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu post son iş yeri “Lester Siti” olan Entso Mareskaya həvalə edilib.

İtaliyalı mütəxəssis iyulun 1-də işə başlayacaq. “Çelsi” onunla 5 illik müqavilə bağlayıb.

Premyer Liqa təmsilçisi Mareskaya görə “Lester Siti”yə 11,7 milyon avro təzminat ödəyəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp