“Milan” sağ cinah müdafiəçisi transferi üçün çalışmaları gücləndirib. İtaliya klubu hazırda bu mövqeyə iki nəfərin namizədliyini nəzərdən keçirir.

Futbolinfo.az xəbər verir ki, Tyaqu Santuş ehtiyat variantdır. “Rossonyerlər” “Lill”in portuqaliyalı gənc üzvü üçün 15 milyon avro ödəməyə hazırdır. Amma “Milan” Emerson Royalın transferi ilə daha ciddi maraqlanır.

Royal özü də İtaliyaya köçmək istəyir və şəxsi müqaviləsi ilə bağlı hər hansı problem yaratmır. Əsas məsələ “Tottenhem”in brazilyalı üçün istədiyi 20 milyon avrodur. Londonlular 2 illik müqaviləsi qalan 25 yaşlı oyunçusunu daha ucuz qiymətə satmaq niyyətində deyil.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp