Ağdaş Olimpiya İdman Kompleksində Azərbaycan Güləş Federasiyası, Ağdaş rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə açıq rayon birinciliyi keçirilir.

Güləş yarışı şəhid İqbal Rzayevin xatirəsinə həsr olunub. Xatirə turnirində 10 rayondan 130 nəfər güləşçi qalib adı uğrunda mübarizə aparır. Turnirin keçirilməsində əsas məqsəd şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və regionda güləş idman növünün inkişaf etdirilməsidir.

Sonda qaliblərə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunacaq.

BƏHRUZ MUSAYEV, AĞDAŞ

b985d588 9d34 4c12 9fe9 4c9c076bf24e - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp