“Əl Nəsr”in hücumçusu Kriştianu Ronaldo PSJ-dən ayrılaraq “Real”a keçən Kilian Mbappeyə dəstəyini ifadə edib.

Portuqaliyalı oyunçu Mbappenin paylaşımına rəy yazıb: “Səni izləmək sırası məndədir. Sənin “Bernabeu”nu coşdurmağını izləməkdən şad olaram”.

Xatırladaq ki, ötən gün “Real” fransalı hücumçunu transfer etdiyini elan edib. Mbappeylə 5 illik müqavlə imzalanıb. Beşqat “Qızıl top” mükafatçısı Ronaldo isə 2009-cu ildən 2018-ci ilədək “Kral klubu”nun formasını geyinib. Həmin vaxt Kilian Kriştianunun azarkeşi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp