“Cenoa” Ced Spensi heyətində saxlamaq istəyir. İtaliya klubu icarəyə götürdüyü futbolçunun transfer hüquqlarını birdəfəlik almaq üçün “Tottenhem”ə müraciət edib.

Futbolinfo.az xəbər verir ki, londonlular bu keçidin əleyhinə deyil. Amma “Cenoa”da ümidləri doğruldan futbolçu üçün qiymətdə razılaşmaq lazımdır.

23 yaşlı Yamayka əsilli müdafiəçi İngiltərə millisinin üzvüdür. “Tottenhem” onu iki il öncə “Midlsbro”dan 15 milyon avroya alıb. Ötən müddətdə “Renn” (Fransa) və “Lids”də (İngiltərə) icarədə olan cinah oyunçusu yanvardan etibarən A Seriyasında çıxış edirdi.

“Tottenhem”lə 2027-ci ilədək müqaviləsi olan futbolçunun hazırkı bazar dəyəri 8 milyon avrodur. “Cenoa” bu pulu ödəməyə razıdır, amma londonlular daha çoxunu istədiyindən danışıqlar uzanır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp