“Qarabağ”ın futbolçusu Marko Yankoviç sosial şəbəkə hesabında paylaşım edib.

Yarımmüdafiəçi mövsümün yekunu haqda yazıb: “Arxada möhtəşəm bir mövsüm və unudulmaz anlar buraxdıq. Lakin bu, keçmişdə qaldı və indi növbəti addımlar hesablanmalıdır. Böyük nailiyyətlər qazanmağı səbirsizliklə gözləyirik. Uzun marafonda iştirak edən hər kəsə – komanda yoldaşlarıma, azarkeşlərə, ailələrimizə təşəkkür edirəm”.

Xatırladaq ki, “Qarabağ” son mövsümdə Premyer Liqada və ölkə kubokunda çempion adını qazanıb, Avropa Liqasında qrup mərhələsini adlamağı bacarıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp