Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma B Liqasının I qrupunda Türkiyə kollektivini qəbul edəcək. “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Komandamız mayın 31-də bu rəqibə minimal hesabla uduzub – 0:1. Millimiz 3 turdan sonra 1 xalla qrupda sonuncudur. Qardaş ölkə təmsilçisi isə 6 xalla ikincidir. Qeyd edək ki, AVRO-2025-in final mərhələsi İsveçrədə baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp