“Kristal Pelas” Cob Bellingemi heyətinə qatmaq istəyir. İngiltərə Premyer Liqa klubu bunun üçün “Sanderlend”lə rəsmi danışıqlara başlayıb.

Futbolinfo.az xəbər verir ki, idman direktoru Duqi Fridman “Sanderlend” rəsmiləri ilə bir neçə görüş keçirib. 18 yaşlı cinah yarımmüdafiəçisinin transfer dəyəri 12 milyon avrodur. Tərəflər qiymətdə razılığa gəlməyə çalışır.

“Birmingem” yetirməsi ötən yay 1,75 milyon avro qarşılığında “Sanderlend”ə keçib. Cud Bellingemin qardaşı fantastik istedadı ilə seçilməsə də, İngiltərədə gələcəyinə ümid bəslənilən gənclərdəndir. Transfer alınsa, o, Premyer Liqada debüt edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp