Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında bu gün üçüncü matçına çıxacaq.

Futbolinfo.az xəbər verir ki, yığmamız İsrail ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Milli ilk matçında İrlandiyaya (0:1), daha sonra isə Türkiyəyə (1:12) uduzub. İsrail isə həmin komandalara müvafiq olaraq 1:2 və 0:6 hesabı ilə məğlub olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp