“Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq “Turan Tovuz”da çıxış edən Fərid Nəbiyevlə müqavilə imzalanıb.

24 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 1 illikdir.

O, karyerasında “Slaviya” (Praqa, Çexiya) , “Şevardeni” (Gürcüstan), “Viktoriya” (Jijkov, Çexiya) və “Kəpəz” klublarının da formasını geyinib.

Qeyd edək ki, bu “Səbail”in yeni mövsüm üçün ilk transferidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp