Müxtəlif tədbirlərin bilet satışı ilə məşğul olan servislər “Dallas Maveriks” və “Boston Seltiks” arasında keçiriləcək final seriyasının oyunlarına qiymətləri açıqlayıb. Ən ucuz biletlərin qiyməti 793-857 dollar arasında dəyişir.

Müxtəlif servislərdə qiymətlər aşağıdakı kimidir:

TickPick – 793 dollar

SeatGeek – 831 dollar

StubHub – 857 dollar

VividSeats – 801 dollar

Qeyd edək ki, ikinci əl bazarında biletlərin orta qiyməti 4150 dollar təşkil edir. MBA finalları üçün biletlərin belə qiyməti tarixdə ən yüksəkdir. Bu göstəricidə ikinci yer 2019-cu ildə “Qolden Steyt Uorriors” ilə “Toronto Reptors” arasındakı final seriyasına olan biletlərdir.

Əlavə edək ki, final seriyasına iyunun 7-də Bostondakı oyunla start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp