Norveçdə keçirilən mötəbər klassik şahmat turnirində 7-ci turun oyunları geridə qalıb. Yerli qrossmeyster Maqnus Karlsen Hikaru Nakamuraya məğlub olub.

Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç) 1,5:1

Rameşbabu Praqnanandha (Hindistan) – Dinq Liren (Çin) 1,5:1

Fabiano Karuana (ABŞ) – Alireza Firuca (Fransa) 1:1,5

Turnir cədvəlində vəziyyət belədir: Karlsen – 13 xal, Nakamura – 12,5, Praqnanandha – 11, Firuzja – 9,5, Karuana – 7,5, Dinq Liren – 3,5.

Qeyd edək ki, turnir klassik qaydalarla keçirilir. Klassik oyunda qələbəyə görə 3 xal, məğlubiyyətə görə 0 xal verilir. Heç-heçə zamanı Armageddon formatında oyun keçirilir ki, burada qələbəyə 1,5 xal, məğlubiyyətə 1 xal hesablanır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp