Ağır çəkidə WBA, IBF və WBO  versiyaları üzrə keçmiş dünya çempionu Entoni Coşua (28-3) və Daniel Dyubua (21-2) sentyabrın 21-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda döyüş üçün danışıqlar prosesinə başlayıblar. Bu barədə insayder Maykl Benson “Queensberry Promotions” şirkətinin rəhbəri Frenk Vorrenə istinadən məlumat verib.

Xatırladaq ki, son olaraq Coşua Frensis Nqannunu (0:2) nokaut edib. Döyüş martın 9-da Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Kingdom Arena”da baş tutub.

Dyubua isə keçirdiyi döyüşün səkkizinci raundunda Filip Hrqoviçə (17-1) texniki nokautla qalib gəlib. İyunun 1-də keçirilən bu döyüş də Səudiyyə Ərəbistanının paytaxtında baş tutub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp