22 qat “Böyük dəbilqə” çempionu olan Rafael Nadal qorunan reytinq sayəsində Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edə bilər. Hazırda ispan tennisçi dünyanın 275-ci raketkasıdır.

Xatırladaq ki, hər ölkədən iyunun 10-na ən yaxşı reytinqə malik dörd tennisçi 2024-cü il Olimpiadasına vəsiqə qazanır. Ancaq zədə səbəbindən uzun müddət buraxan və dünya reytinqində aşağı düşən idmançılar qorunan ballarından istifadə edə bilərlər. Bundan əlavə, oyunlarda iki yer Olimpiya çempionları və ya “Böyük dəbilqə” qalibləri üçün nəzərdə tutulub.

Beləliklə, 2024-cü il Olimpiya Oyunları üçün İspaniyanın kişilərdən ibarət komandasının tərkibi belədir:

Karlos Alkaras;

Alexandro Davidoviç-Fokina, 32;

Rafael Nadal, 275 ;

Pablo Karreno Busta, 1049 (qorunan reytinq).

İspaniyanın turnirdə iki cütlük təmsil edəcək və onlardan birinin Nadal – Alkaras olması ehtimalı böyükdür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp