Almaniya mətbuatının yaydığı məlumata görə, Serxio Peres və “Red Bull” komandası yeni müqavilə ilə bağlı razılığa gəlib. Meksikalı sürüc ən azı 2025-ci ilin sonuna qədər komandada qalacaq. Məlumatı  “Bild” nəşri yayıb.

Sözləşmə bir həftə əvvəl əldə edilib və yekun detallar Monako qran-prisində razılaşdırılıb. Meksikalı sürücünün yeni müqaviləsi 1+1 əsasında imzalanıb.

Qəzetin yazdığına görə, Karlos Sayns çempion komandada yer almaq üçün müraciət etsə də, “Red Bull” rəhbəri Kristin Horner ispan pilotdan imtina edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp