Dünyanın məşhur statistik xidməti olan “Opta” bir neçə gün sonra Almaniyada startı veriləcək Avropa çempionatının favoritini açıqlayıb.

Araşdırmaya görə, qələbəyə əsas namizəd İngiltərə yığmasıdır. Onların çempion olma faizi 19,9-a bərabərdir. İkinci yerdə Fransa (19,1), üçüncü yerdə Almaniya (12,4) qərarlaşıb. İspaniya yığması (9,6) dördüncü yerdədir.

“Opta”nın məlumatına görə, Gürcüstan komandasının Avro-2024-ün qalibi olmaq şansı ən azdır – 0,1.

Xatırladaq ki, çempionata iyunun 14-də start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp