“Qəbələ”nin və Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Səfərovun “Neftçi”yə transferi yekunlaşıb.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunub. Paytaxt klubunun bu keçidi yaxın günlərdə açıqlayacağı gözlənilir. Hər halda, “Qəbələ” tərəfi futbolçunun satıldığını təkzib etmir.

Qeyd edək ki, bu, “Neftçi”nin mövsümdə ilk transferidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp