Şəhriyar Əliyev fikrini dəyişib. “Səbail”lə danışıq aparan “Turan Tovuz”un kapitanı son anda Qərb klubunda qalmağa razılaşıb.

Futbolinfo.az xəbər verir ki, mərkəz müdafiəçisi maaşının artırılmasına nail olduğu üçün bu addımı atıb. İlinə 100 min manata sahib çıxacaq Şəhriyar, iki illik müqaviləyə imza atacaq. Müqavilə yaxın günlərdə rəsmən açıqlanacaq.

Tovuzlular digər yerli futbolçuların da əksəriyyətini qalmağa razı salıb. Yalnız Fərid Nəbiyev “Səbail”ə keçməyi lazım bilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp