“World Athletics” dünya çempionlarının, Brilyant Liqasının qaliblərinin və ilin ən yaxşı atletlərinin yarışacağı yeni dünya çempionatı olan “World Athletics Ultimate Championship”in rəsmən təsdiqləndiyini elan edib.

Yarışın mükafat fondu 10 milyon dollar təşkil edəcək ki, bu da atletika idmanı tarixində ən böyük məbləğdir. Çempionat hər biri üç saatdan az davam edən üç axşam seansında baş tutacaq. Təqvimə qısa, orta və uzun məsafəyə qaçış, estafetlər, tullanma və atma idman növləri daxildir.

Debüt yarışı 2026-cı il sentyabrın 11-13-də baş tutacaq və iki ildən bir Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp