Çinli qrossmeyster və dünya çempionu Dinq Lijen depressiyasından və yuxu problemlərindən danışıb.

“Mənim bəzi problemlərim var, bu doğrudur. Yorğun idim, amma yenə də yaxşı yata bilmirdim. Bu da depressiyaya səbəb oldu. İki dəfə klinikada müalicə olundum. Xoşbəxtlikdən indi işlər getdikcə yaxşılaşır. Şahmat əqli cəhətdən yorucudur və yaxşı yata bilmirsinizsə, ölümcül təsirə malikdir.

Düşünürəm ki, zehni problemlər yaşamaya başlamazdan əvvəl çox yaxşı idim. Nəticələr aşağı düşən kimi bir qədər emosional oldum. İndi yenidən daha səbirli olmağa çalışıram. İndi mənə psixoloji kömək edən həkimim var. Onunla müxtəlif mövzularda danışıram”, – deyə çinli şahmatçı etiraf edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp