Lauri Markkanen olimpiya seçmə mərhələsində Finlandiya yığmasının heyətində olmayacaq.

“Yuta Caz” komandasının ulduz basketbolçusu sağ çiynindəki zədə səbəbindən turniri buraxacaq.

Finlandiya millisi iyulun 2-dən 7-dək Valensiyada keçiriləcək təsnifat mərhələsində Polşa və Baham adaları ilə B qrupunda iştirak edəcək. Turnirin qalibi iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Olimpiadaya vəsiqə əldə edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp