Növbəto mövsüm üçün transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Futbolinfo.az xəbər verir ki, Samir Abdullayevlə 1 illik anlaşma əldə olunub.

Yarımmüdafiəçi ötən mövsüm komandanın heyətində Premyer Liqada 22, Azərbaycan Kubokunda 4 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

U-21 milli komandamızın üzvü 2022-ci ildən “dənizçilər”in formasını geyinir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp