19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil edilən yoldaşlıq turnirində bu gün ilk oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, U-19 Qazaxıstanın müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşıb.

Bender şəhərinin “Dinamo” stadionunda baş tutan görüş millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 27-ci dəqiqədə Nihad Əhmədzadə, 87-ci dəqiqədə isə Şahin İbrahimov vurublar.

Qeyd edək ki, Azərbaycan milli komandası turnir çərçivəsində iyunun 7-də, Bakı vaxtı ilə saat 18:00-da Türkiyənin U-20, ayın 10-da isə saat 20:30-da Moldovanın U-19 kollektivi ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp