“Hələ ki, yenidən icarəyə gedib-getməyəcəyimi bilmirəm” – bunu futbolinfo.az-a açıqlamasında “Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı deyib.

Ötən mövsümün ikinci yarısını “Turan Tovuz”da icarədə keçirən oyunçu yenidən paytaxt klubunun düşərgəsinə qayıdıb: “Amma əgər burada oynamasam, ehtiyatda oturmağı düşünmürəm”.

Müdafiəçi Ayxan Abbasovun Tovuz klubunun baş məşqçi postundan getməsinə də təəccübləndiyini bildirib: “Onun gedişi hər kəsi təəccübləndirdi. Ayxan müəllim 6 ay ərzində mənə çox şeylər öyrətdi. Həm məşqçi, həm də insan kimi yaxşı biridir. Hansısa kluba getsə, onunla işləmək istəyərəm? Bunu gələcək göstərər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp