“Turan Tovuz” mərkəz müdafiəçisi Emmanuel Hakmanla müqavilə müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Toqolu müdafiəçinin sözləşməsi 2024/25 mövsümünün sonuna kimi artırılıb. Ötən ilin yayında ölkəmizə gələn 29 yaşlı legioner qalmağa razılıq verib.

“Turan Tovuz” daha öncə Şəhriyar Əliyev və Aleks Souza ilə sözləşməni uzatmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp